Bu qidalarla erkən ağ saçlara SON
Digərləri 01 Haz 2025 04:04:00 97 0
"Saçların erkən ağarmasının qarşısını almaq üçün dəmir, sink və D vitamini ilə zəngin qidalar vacib rol oynayır".
Bu haberi de oku: “Match TV”nin yayımının dayandırılmasının səbəbi
Son.az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına rusiyalı diyetoloq və nutrisoloq İrina Pisareva danışıb.
Mütəxəssisin sözlərinə görə, saçlara rəng verən əsas piqment melanindir və onun sintezi orqanizmdə dəmirin miqdarından asılıdır.
"Dəmir çatışmazlığı erkən ağarmaya səbəb ola bilər. Dəmirin başlıca mənbəyi paxlalı bitkilərdir. Əgər allergiyanız yoxdursa, həftədə 3-4 dəfə 100-150 qram qəbul etmək tövsiyə olunur", - deyə o bildirib.
Həkimin sözlərinə görə, melanin istehsalı üçün vacib olan digər element isə misdir.
"Onun əsas mənbələri arasında balqabaq və günəbaxan tumları yer alır. Hər gün 25-30 qram bu toxumlardan istifadə etmək məsləhət görülür", - deyə o qeyd edib.
Ekspert bildirib ki, sink də melanin istehsalına təsir göstərir: