Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var


Digərləri 02 Haz 2025 22:42:00 108 0

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var

Abşeron rayonunda məktəblilər digər bir məktəbliyə xəsarət yetiriblər.

Son.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində, "Əlincə" şadlıq sarayının yanında baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.

"Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir. Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir". Son.az