Rusiya XİN: NATOnun "Baltops2025" təlimləri Rusiyaya qarşı yönəlib


Digərləri 04 Haz 2025 17:25:00 96 0

Rusiya XİN: NATOnun "Baltops2025" təlimləri Rusiyaya qarşı yönəlib

Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşko NATO-nun Baltik dənizində keçirdiyi "Baltops-2025" hərbi təlimlərini Rusiyaya qarşı yönəlmiş provokasiya adlandırıb.

Son.az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında danışan Qruşko bildirib ki, təlimlərin ssenarisi şərti düşmənlə mübarizə üzərində qurulub və bu düşmənin məhz Rusiya olduğu açıq görünür:

"Bu təlimlərin gedişinə baxanda görünür ki, manevrlər konkret olaraq Rusiyaya qarşı yönəlib. Belə hərəkətlər provokasiyadan başqa bir şey deyil".

Qeyd edək ki, NATO-nun "Baltops" təlimləri hər il 1972-ci ildən bəri Baltik dənizində keçirilir. Bu ilki təlimlər 3 iyun 2025-ci il tarixində start götürüb. Əvvəllər əsasən hərbi hazırlıq və güc nümayişi xarakteri daşıyan manevrlər bu dəfə mümkün münaqişə risklərini artıran addım kimi qiymətləndirilir.