Qurban ətindən kabab etmək olarmı? Çoxlarını maraqlandıran cavab


Digərləri 05 Haz 2025 21:44:00 100 0

Qurban ətindən kabab etmək olarmı?  Çoxlarını maraqlandıran cavab

Sabahdan Qurban bayramı başlayır.

Son.az  xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd olunacaq.

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 6-dan başlayaraq üç gün davam edəcək. İyunun 6-da məscidlərimizdə bayram namazları qılınacaq.

Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər.

Bəs Qurban bayramında kəsiləcək heyvanlarda əsas nəyə fikir verilməlidir? Qurban ətindən kimlərə verilməlidir və ondan istifadənin tərəfləri varmı?

Bu və digər suallara cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.

Ekspert baku.ws-ə açıqlamasında bildirdi ki, Qurbanlıq heyvanın kəsilməsi zamanı bir neçə mühüm məsələyə riayət olunması vacibdir:

- Heyvan sağlam və diri olmalıdır

- Kəsmə iti və uyğun bir alətlə (məsələn, dəmir bıçaqla) aparılmalıdır

- Kəsmə zamanı Allahın adı çəkilməlidir