“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir FOTO
Digərləri 06 Haz 2025 19:30:00 68 0
Tanınmış aktrisa Gül Onat pankreas xərçəngi səbəbilə əməliyyat keçirib və vəziyyəti ilə bağlı açıqlama verərək izləyicilərindən dua istəyib.
Bu haberi de oku: Qurban bayramında rayonlara turist axını Kirayə evlərin qiyməti artıb?
Son.az xəbər verir ki, "Sihirli Annem" serialında canlandırdığı "Perihan" obrazı ilə yadda qalan 71 yaşlı sənətçi yeni "Sihirli Annem: Hepimiz Biriz" filmində çəkilsə də, qala gecəsinə qatıla bilməyib.
O bildirib: "Təəssüf ki, qalada iştirak edə bilmədim. Çox ciddi əməliyyat keçirdim. Həkimimin üç günlük izni ilə səhnələrimizi çox qısa şəkildə çəkə bildik. Dualarınızı gözləyir və sizləri sevgi ilə öpürəm".
Qeyd edək ki, Gül Onat ötən il pankreas xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdu. Onun bu açıqlaması sənətsevərlər arasında narahatlıq yaradıb və sosial şəbəkələrdə aktrisaya dəstək paylaşımları edilib.
İsmayıl Son.az