Yüz minlərlə maşın geri çağırıldı Pulsuz təmir olunacaq


Digərləri 06 Haz 2025 22:45:00 68 0

Yüz minlərlə maşın geri çağırıldı  Pulsuz təmir olunacaq

"Mazda" şirkəti 2025-ci ilin iyun ayında təhlükəsizlik səbəbindən müxtəlif modelləri üçün bir neçə geriçağırma elan edib.

Son.az xəbər verir ki, əsas səbəblərdən biri hava yastığı sistemində və akkumulyatorla bağlı texniki nasazlıqlardır.

Şirkətin yaydığı məlumata görə 2024 və 2025-ci il buraxılışlı Mazda3 modellərində hava yastığı sensorlarında problem aşkarlanıb. Bu nasazlıq qəza zamanı hava yastığının lazımi səviyyədən artıq açılmasına və sərnişinlər üçün əlavə risk yaranmasına səbəb ola bilər. Bu problemə görə 51 mindən çox avtomobil geri çağırılıb. Mazda rəsmi servis mərkəzlərində bu avtomobillərin proqram təminatını pulsuz şəkildə yeniləyəcək.

Bundan əlavə, Şimali Amerika bazarındakı 170 minə yaxın Mazda avtomobilində akkumulyatorla bağlı nasazlıq müəyyən olunub. Bu nasazlıq hava yastığı sisteminin tam işləməməsinə, bəzi hallarda isə ümumiyyətlə aktiv olmamasına gətirib çıxara bilər. Mazda bu problemin də ödənişsiz şəkildə aradan qaldırılacağını bildirib.

Digər bir geriçağırma isə Mazda CX-50 modelinə aiddir. Sənədlərə əsasən, bu modellərdə treyler qoşqu vintləri düzgün möhkəmlənmədiyindən, avtomobilə qoşulan əlavə yük zamanı təhlükə yarana bilər.