Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
Digərləri 07 Haz 2025 13:46:00 110 0
"Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, istifadə etdiyi ətirdə də özünü göstərməlidir".
Bu haberi de oku: Əgər beyin sağlamlığınız vacibdirsə, qalstuk taxarkən iki dəfə düşünün!
Tanınmış əttar Türkan Alixanova Son.az-a verdiyi açıqlamada isti havalarda düzgün ətir seçiminin vacibliyinə toxunub.
Onun sözlərinə görə, yay üçün ən çox limon, berqamot, nanə, yaşıl çay, lavanda, yasəmən və su zanbağı notları ilə zəngin olan ətirlər uyğun gəlir:
"Yay fəslində əsasən təravətli, yüngül, sitrus, çiçək və su notlu ətirlərə üstünlük verilməlidir. Bu tərkiblər həm təravət verir, həm də insanı boğmur. Ətirin yay günlərində qalıcı olması üçün onu dəridən əvvəl nəmləndirici krem üzərinə tətbiq etmək tövsiyə olunur. Həmçinin günəş altında birbaşa dəriyə vurulan bəzi ətirlər ləkə yarada bilər. Bu səbəbdən ətiri paltara və ya saç uclarına püskürtmək daha məqsədəuyğundur".