Bakıda 20 yaşlı qız qəfil öldü


Digərləri 07 Haz 2025 18:23:00 72 0

Bakıda 20 yaşlı qız qəfil öldü

Bakıda 20 yaşlı qız qıcolmadan ölüb.

Son.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Su İdman sarayının yaxınlığında qeydə alınıb.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də  20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.