"Ay"ı "Çay" başa düşən bürclər


Digərləri 07 Haz 2025 20:14:00 75 0

"Ay"ı "Çay" başa düşən bürclər

Bəzi bürclər deyiləni yox, hiss etdiyini əsas götürür. Astroloqlar hesab edir ki, bu xüsusiyyət həmin insanların tez-tez qarşısındakını səhv anlamasına səbəb olur.

Son.az xarici mənbələrə istinadla xəbər verir ki, ünsiyyətdə tez-tez anlaşılmazlıq yaşayan bürclər arasında Əkizlər, Balıq, Oxatan, Xərçəng və Dolça xüsusilə seçilir.

Əkizlər bürcünün nümayəndələri sürətli düşündükləri üçün qarşılarındakı insanı dinlədikləri halda belə, paralel olaraq fərqli düşüncələrə qapılırlar. Bu isə deyilənlə başa düşülən arasında ziddiyyət yaradır. Balıqlar emosional olduqlarından, hər sözü və hərəkəti öz hisslərinə uyğun yozurlar. Bu isə daxili narahatlığa və yersiz incikliklərə səbəb olur.

Oxatan bürcündə olan insanlar optimist yanaşmaları səbəbilə ciddi fikirləri zarafat kimi qəbul edə bilirlər. Bu isə onların reallığı tam dərk etməməsinə gətirib çıxarır. Xərçənglər isə həssas və alıngan təbiətə malik olduqları üçün sadə bir zarafatı belə özlərinə qarşı yönəlmiş kimi qəbul edirlər.