Mingəçevirdə ərarvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı


Digərləri 07 Haz 2025 18:50:00 81 0

Mingəçevirdə ərarvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı

Ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

Son.az Teleqraf-a istinadən xəbər verir ki, evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır.

Belə ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.

Həmin ünvandakı evdə ölmüş vəziyyətə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Mərhum Mustafa Babayevin qudası - qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb.

Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.

Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.

Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Xəstə olan ana infarkt keçirib.