Türkiyədə güclü zəlzələ baş verdi
Digərləri 07 Haz 2025 18:03:00 86 0
Türkiyədə 5.2 bal gücündə zəlzələ baş verib
Türkiyənin Çanaqqala vilayətinin Gökçeada rayonu sahillərində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi "X" (keçmiş Twitter) hesabında yayıb.
AFAD-ın məlumatına görə, zəlzələnin episentri Yunanıstanın Ayion Oros bölgəsində - Gökçeadadan təxminən 130 kilometr uzaqlıqda yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 15:46-da, 7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Çanaqqala, İzmir, Aydın və ətraf bölgələrlə yanaşı, Egey və Mərmərə bölgələrində də hiss olunub.
Kaynak: milli.az