Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir FOTO


Digərləri 07 Haz 2025 22:45:00 71 0

Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir  FOTO

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq "Peking to Paris Motor Challenge" yarışı ikinci dəfə yolunu Azərbaycandan salır.

Retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

"Peking to Paris Motors Challenge" - XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır. 37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb.

Avtomobil həvəskarları bu nadir retro avtomobilləri Dənizkənarı Milli Parkda, "Yeddi Gözəl" fəvvarəsinin önündə keçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən "qocaman" iştirakçısı - 1917-ci il istehsalı American LaFrance Type 10, ən "gənc" avtomobil isə 1984-cü il istehsalı Toyota Hilux təqdim olunub.