Bakıda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı


Digərləri 07 Haz 2025 18:43:00 77 0

Bakıda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və Bakı şəhəri Suraxanı rayonu Koroğlu qəbiristanlığında dəfn olunub. Arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, arvadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.

Trend-in məlumatına görə, mərhum 2020-ci ildə 44 günlük vətən müharibəsi ərəfəsində Bakı şəhərində COVID-19-dan vəfat edib.

Həmin vaxt ərizəçinin başı qarışdığından arvadının ölümünü qeyd etdirməyib. Hazırda ölümün qeydə alınması üçün faktın təsdiq olunması zərurəti yaranıb.