Yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı XƏBƏRDARLIQ
Digərləri 07 Haz 2025 17:54:00 65 0
Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu haberi de oku: Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?
Son.az-ın məlumatına görə, qurumdan bildirilib ki, son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir.
"Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) - yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.
Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur", - məlumatda deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edib:
- Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;