Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər İCMAL
Digərləri 07 Haz 2025 11:59:00 110 0
Ötən həftə açıqlanan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub.
Bu haberi de oku: "Ay"ı "Çay" başa düşən bürclər
Trend xəbər verir ki, ötən həftə məlum olub ki, cari ilin may ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları, Azərbaycanda pul bazası 20,630 milyard manat olub.
AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 500 milyon dollara yaxın gəlir əldə edib. Mərkəzi Bank ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb. Ötən ili AMB maliyyə fəaliyyətini 720,9 milyon manat mənfəətlə başa vurub. Ötən il milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat (ÜDM-in 6 misli), ödənişlərin sayı isə 168,6 milyon ədəd olub.
Ötən il Mərkəzi Banka dövriyyədən 5.73 milyard manat pul nişanı mədaxil edilib, 5.86 milyard manat pul nişanı isə məxaric olunub.
30.12.2024-cü il tarixinə ləğv prosesində olan "Günay Bank" ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 milyon manat, ləğv prosesində olan "Muğan Bank" ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat məbləğində kompensasiya ödənilib.
Keçən həftə Maliyyə Nazirliyində növbəti depozit hərracı keçirilib və vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 30 gün müddətinə, 6.42% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.