Bu ziyarətgaha gedənlərə şad xəbər
Digərləri 07 Haz 2025 12:46:00 84 0
"Əshabi-Kəhf" Ziyarətgah Kompleksində yeni tikinti işləri aparılacaq.
Bu haberi de oku: Mingəçevirdə ərarvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı
Son.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi hazırlıqlara başlayıb.
Belə ki, Agentlik tikintisi planlaşdırılan Qonaq Evinin layihələndirilməsini və smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Qurum təkcə layihə və smeta sənədlərinin hazırlanmasına 275 min manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Məlumat üçün onu da bildirək ki, abidə kompleksində insanların rahat şəkildə ziyarətinin təşkili üçün lazımi şərait yaradılıb. Ötən il ziyarətgaha gedən yol təmir və bərpa olunub.
Qeyd edək ki, "Əshabi-Kəhf" ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda - Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf" məhz Naxçıvandadır.
"Əshabi-Kəhf" ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir.
"Əshabi-Kəhf" təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.
Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.