Sabah yağış yağacaq, şimşək çaxacaq
Digərləri 07 Haz 2025 12:13:00 74 0
İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu haberi de oku: Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular
Bakıda və Abşeron yarımadasında hava şəraiti
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi və nisbi rütubət
Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.