Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular


Digərləri 07 Haz 2025 09:59:00 77 0

Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, ailə üzvləri Yasamaldan çıxan avtomobilin üzərində ilan olduğunun fərqinə varıb.

Son.az xəbər verir ki, ailənin "Müsavat"a verdiyi məlumata görə, ilan avtomobilin üzərində yol boyu hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.

Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.

Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların isinməsi, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.