Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? Araşdırma BAŞLADI
Digərləri 07 Haz 2025 12:24:00 70 0
Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı görüntülər yayılıb.
Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
İddiaya görə, Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəllimi özünə təmtəraqlı tədbir təşkil edib.
Qeyd olunur ki, o, valideynlərdən hədiyyə qismində zinət əşyası tələb edib.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb və faktla bağlı araşdırma aparıldığı bildirilib.
Görüntüləri təqdim edirik:
Kaynak: milli.az