Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı


Digərləri 07 Haz 2025 13:58:00 80 0

Saç tökülməsinə qarşı iki təbii vasitə tapıldı

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri felledendron ağacı qabığı və qurudulmuş mandarin qabığının (Çinpi) ekstraktlarının kişilərdə saç tökülməsinə qarşı effektiv mübarizə apara biləcəyini müəyyən ediblər. 

Son.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Araşdırma çərçivəsində alimlər plasenta artım faktoruna (PlGF) - dermal papilla hüceyrələri tərəfindən istehsal olunan zülalə diqqət yetiriblər. Bu zülal saç kökünün alt hissəsində saçın formalaşmasında əsas rol oynayır. Məqsəd onun istehsalını stimullaşdıra bilən bitki ekstraktlarını müəyyən etmək idi.

Laboratoriya şəraitində komanda bir sıra bitki komponentlərini sınayıb müəyyən edib ki, felledendron qabığı və Çinpi sitrusunun ekstraktları saç kökü hüceyrələrində PlGF səviyyəsini müvafiq olaraq 2.1 və 2.2 dəfə artırır. Alimlər izah ediblər ki, felledendron Asiyanın tropik ərazilərində bitən ağac, Çinpi isə günəşdə qurudulmuş mandarin qabığından ibarət ənənəvi Çin tibb komponentidir.