İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi


Digərləri 06 Haz 2025 17:13:00 80 0

İlon Mask ABŞda yeni siyasi partiya ideyasını gündəmə gətirdi

İlon Mask "X" hesabında paylaşdığı sorğuda belə bir sual verib:

Son.az xəbər verir ki, "Amerikada əhalinin 80 faizini təşkil edən orta təbəqə üçün yeni siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?"

Sorğuda 2 milyona yaxın istifadəçi iştirak edib. Onların 82%-i bu ideyanı dəstəkləyib, 18%-i isə əleyhinə səs verib.

Qeyd olunur ki, Mask bu açıqlamanı Ağ Ev rəhbəri Donald Trampla münasibətlərinin gərginləşdiyi bir vaxtda yayımlayıb. Tramp da son açıqlamasında Maskla aralarındakı münasibətlərin pozulduğunu etiraf edib.

Asya Son.az