Bu qan qrupundan olan insanlara pis xəbər


Digərləri 06 Haz 2025 20:00:00 88 0

Bu qan qrupundan olan insanlara pis xəbər

Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır.

Bu haberi de oku: 300 bal toplayan 9cuların

Son.az xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə orta səviyyədə risk altındadır. Dişi ağcaqanadlar qurban seçərkən insanın bədənindən yayılan kimyəvi maddələrə əsaslanır.

Florida Universitetinin entomoloqu Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü cəlbedici amil karbon qazıdır. Metabolizması sürətli olan insanlar daha çox karbon qazı ifraz etdiyindən, onlar ağcaqanadlar üçün daha cazibədar olur. Bu həşəratlar karbon qazını 60 metr məsafədən hiss edə bilir.