Pomidor göründüyü qədər "məsum" deyilmiş Bu formada yeyiləndə təhlükəli olur
Digərləri 06 Haz 2025 21:00:00 60 0
İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər süfrələrində geniş yer alan çiy pomidorun acqarına yeyilməsi bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu haberi de oku: Ötən gün qanunsuz saxlanılan silahsursat aşkar edilib
Mütəxəssislər bildirirlər ki, çiy pomidor mədə turşusunu artıraraq reflü və qastrit kimi narahatlıqları gücləndirə bilər. Səhər acqarına yeyildikdə mədə yanması, köp və narahatlıq hissi yarada bilər. Tam yetişməmiş, yaşıl pomidorlarda olan "solanin" adlı maddə isə baş ağrısı, ürəkbulanma və əzələ ağrılarına səbəb ola bilər.
Bundan başqa, bəzi insanlarda çiy pomidor allergik reaksiyalar - qaşınma, səpki, dodaqlarda şişkinlik və hətta nəfəs darlığına qədər uzanan əlamətlər yarada bilər. Həmçinin çiy halda qəbul edilən likopen maddəsinin orqanizm tərəfindən zəif mənimsəndiyi və həssas immun sisteminə mənfi təsir edə biləcəyi də qeyd olunub.
Mütəxəssislər səhər yeməyində çiy pomidordan mümkün qədər uzaq durmağı, günün daha gec saatlarında və bişmiş halda istifadə etməyi tövsiyə edirlər.
İsmayıl Son.az