Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir


Digərləri 06 Haz 2025 02:02:00 168 0

Saçları isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir

Saçlarınızı çox isti su ilə yumaq təkcə onların strukturuna deyil, dərinizin sağlamlığına da mənfi təsir göstərə bilər. Məşhur stilist və saç baxımı mütəxəssisi Rossano Ferretti bu barədə xəbərdarlıq edib və saç yuma zamanı istifadə olunmalı ideal su temperaturunu açıqlayıb.

Son.az xəbər verir ki, çox isti su saçın təbii qoruyucu qatını zədələyir, saç uclarının qırılmasına və parlaqlığını itirməsinə səbəb olur. Eyni zamanda, aparılan araşdırmalar göstərir ki, isti duş qan təzyiqinin yüksəlməsinə, dərinin təbii nəmliliyinin azalmasına və bunun nəticəsində dəri quruluğu, qaşınma, ekzema və sədəf kimi problemlərin kəskinləşməsinə yol aça bilər.

Mütəxəssis saçların yuyulması üçün ideal su temperaturunun 37-40°C arasında olduğunu vurğulayıb. Bu temperatur bədən istiliyinə yaxın olub, saç dərisinə zərər vermədən təmizlənməni təmin edir.