Bakıda yeni metro stansiyaları Layihələndirmə işləri başladı
Digərləri 24 Tem 2025 11:12:00 92 0
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Bu haberi de oku: Onlar imtahanda 700 bal topladı
Son.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin "Yüksel Proje" şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.
Müqavilə çərçivəsində:
Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;
"28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;
"İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.