Oleq Bakinski işində hökm oxundu


Digərləri 25 Tem 2025 18:52:00 76 0

Oleq Bakinski işində hökm oxundu

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Oleq Bakinski xuliqanlıqda təqsirli bilinərək 6 ay sınaq müddəti seçilməklə 2 il 6 ay müddətinə şərti cəzalandırılıb. Kuçer Konstantinə isə ittiham olunduğu xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə bəraət verilib. Ona xuliqanlığa görə 2 il 6 ay həbs cəzası təyin edilib.