Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib


Digərləri 25 Tem 2025 18:28:00 77 0

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İyulun 25-də ADA Universitetində beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, habelə ekspertlər və qaliblər iştirak ediblər.

Çıxış edənlər "Yüksəliş" müsabiqəsinin ölkədə effektiv idarəçiliyin təşviqi və yeni nəsil idarəçilərin yetişdirilməsi baxımından strateji platformaya çevrildiyini vurğulayıblar. Bildirilib ki, müsabiqə təkcə seçim və qiymətləndirmə mərhələlərindən ibarət olmayıb, həm də iştirakçılar üçün praktiki bilik və təcrübə imkanları yaradaraq onların fərdi və peşəkar inkişafına mühüm töhfə verib.

Tədbirin sonunda beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.