Bu şəxslər yenidən həbs oluna bilər
Digərləri 05 Haz 2025 22:55:00 98 0
Aliment ödənişləri bir çoxları üçün çətinlik yaradır, amma həbsdə olanlar üçün bu məsələ daha da ağırlaşır. Gəlir imkanlarının məhdudluğu borcun yığılmasına və əlavə problemlərə səbəb olur. Bəs həbsdə olan şəxslərin aliment ödənişləri necə tənzimlənir?
Bu haberi de oku: Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK
Vəkil Tağı Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində onlara müxtəlif sahələrdə işləmək təklif olunur:
"Əgər məhkum həmin təklifi qəbul edərsə və əmək fəaliyyəti ilə məşğul olarsa, aldığı əmək haqqından aliment məbləği tutulur və icra məmurunun vasitəsilə birbaşa tələbkara, yəni uşağın anasına yönəldilir. Lakin əgər şəxs işləməkdən imtina edirsə və ya səhhətinə, yaşına və ya digər səbəblərə görə işləmək iqtidarında deyilsə, bu halda aliment borcu yalnız yığılır. Yəni həmin müddətdə ödəniş edilməsə də, borc ləğv olunmur və şəxsin həbsdən azad olunmasından sonra qüvvədə qalır".