Rusiya Xarkovu dron və raketlərlə atəşə tutdu


Digərləri 04 Haz 2025 16:55:00 92 0

Rusiya Xarkovu dron və raketlərlə atəşə tutdu

İyunun 3-dən 4-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın Xarkov şəhəri pilotsuz uçuş aparatları və raketlərlə atəşə tutulub. Nəticədə şəhərin dörd istiqamətində genişmiqyaslı yanğınlar qeydə alınıb, yaşayış binaları ciddi ziyan görüb. Yaralıların sayı dəqiqləşdirilir.

Son.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hücumda Rusiya tərəfi 9 ədəd "Şahed" tipli dron və 2 raketdən istifadə edib.

Eyni gecə ərzində Rusiya Müdafiə Nazirliyi Krım, Kursk və Belqorod bölgələrinin hava məkanında Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.