Daha bir tiktoker azadlığa buraxıldı


Digərləri 04 Haz 2025 14:53:00 89 0

Daha bir tiktoker azadlığa buraxıldı

Polis tərəfindən saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.

Son.az-ın xəbərinə görə, bu barədə APA-ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.