Azərbaycanda 64 məktəb bağlandı
Digərləri 04 Haz 2025 15:00:00 113 0
Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub.
Bu haberi de oku: Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü saxlanılan var
Son.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, məktəblərin sayı ötən illə müqayisədə azalıb.
Belə ki, 2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni, 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb.
Rayonlar üzrə məktəb sayına gəldikdə, rəsmi statistik məlumatlara görə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Bir neçə rayonda isə məktəblərin sayında 1-2 azalma qeydə alınıb.
Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Məlumata görə, ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb, bu tədris ilinin əvvəlində isə 245 ibtidai məktəb olub.