Ərdoğan Zelenski ilə danışdı


Digərləri 31 May 2025 00:46:00 110 0

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Son.az xəbər verir ki, danışıq zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

Prezident Ərdoğan söhbət zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və qalıcı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu bildirib.