Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada veriləcək
Digərləri 29 May 2025 23:41:00 110 0
Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada veriləcək
Bu haberi de oku: Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada İcbari Tibbi Sığorta ilə qarşılanması nəzərdə tutulub.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bu ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.
Bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova "Xəzər Xəbər"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, yenilənən xidmətlər zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.