700 abonent qazsız qalacaq


Digərləri 30 May 2025 09:18:00 99 0

700 abonent qazsız qalacaq

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən bu gün saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Son.az xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.