Samuxda “1 İyunUşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib FOTO
Digərləri 31 May 2025 14:17:00 96 0
Samux rayonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Samux rayonu komitəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib.
Bu haberi de oku: Bu qidalarla erkən ağ saçlara SON
Tədbirdə çıxış edənlər uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıblar.
Samux rayonu Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən uşaq bağçası-körpələr evinin kollektivlərinin bir-birindən maraqlı çıxışları uşaqların könlünə oxşayıb. Şən musiqi və rəqs nömrələri balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.
Bayram şənliyində Gəncə Dövlət Kukla Teatrının aktyorları uşaqları üçün xüsusi proqramla çıxış ediblər.
Sonda uşaqlara xatirə hədiyyələri təqdim olunub.