Bu sualda səhvlik olub Abituriyentlərin xeyrinə hesablanacaq


Digərləri 01 Haz 2025 20:07:00 108 0

Bu sualda səhvlik olub  Abituriyentlərin xeyrinə hesablanacaq

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.

Qeyd edək ki, həmin sual A variantında 11-ci, B variantında 18-ci, C variantında 8-ci, D variantında isə 13-cü sualdır.