2 il sonra üstü açılan qətlin TƏFƏRRÜATI: " Aparıb meşəyə, soyub..."
Digərləri 03 Haz 2025 10:35:00 87 0
Xaçmazda iki il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
Bu haberi de oku: Çətinliklər bitir 5 BÜRC pul və karyera zirvəsinə yüksəlir
Son.az Baku.tv-yə istinadla xəbər verir ki, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyulun 18-də itkin düşüb. Ötən dövr ərzində onun axtarışları aparılıb. Mayın 1-də qadının meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.
"Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!", - mərhumun bacısı deyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.