Tənhalıq idrak sağlamlığı üçün risk yaradır – Alimlərdən vacib xəbərdarlıq
Digərləri 05 Haz 2025 05:05:00 100 0
Gənc və orta yaşda uzunmüddətli tənhalıq hissi idrak sağlamlığına mənfi təsir göstərə bilər.
Bu haberi de oku: İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi
Son.az xəbər verir ki, bu nəticə "Public Health" jurnalında dərc olunan yeni elmi araşdırmada yer alıb.
Tədqiqat çərçivəsində 25-65 yaş arası 172 nəfərin idrak və sosial davranış göstəriciləri iki il ərzində izlənilib. İştirakçılar gündə beş dəfə telefonlarında məntiq və yaddaş oyunları oynayıb, eyni zamanda onların sosial tənhalıq səviyyəsi xüsusi anketlər məsələn, "Özümü tərk edilmiş hiss edirəmmi?" kimi suallarla qiymətləndirilib.
Araşdırmanın nəticələrinə görə, xroniki tənhalıqdan əziyyət çəkən şəxslər təkrar olunan idrak tapşırıqlarında inkişaf göstərməyib. Sosial baxımdan özünü təcrid olunmuş hiss edən bu iştirakçılar idrak səmərəliliyində nəzərəçarpacaq irəliləyiş əldə etməyiblər. Alimlərin fikrincə, bu vəziyyət bəzi neyrodegenerativ xəstəliklərin - o cümlədən Parkinson xəstəliyinin ilkin əlaməti ola bilər. Tədqiqatçılar bildirirlər ki, sosial əlaqələrin qurulması və saxlanması təkcə psixoloji rahatlıq üçün deyil, həm də beyin funksiyalarının qorunması baxımından olduqca vacibdir. Sosial aktivlik beynin öyrənmə, diqqət və yaddaşla bağlı bölgələrinin stimullaşdırılmasına kömək edir.
Mütəxəssislər nə tövsiyə edir?
Alimlər və psixoloqlar insanların, xüsusilə də gənc və orta yaşlı şəxslərin sosial münasibətlərini aktiv saxlamağa və məqsədli ünsiyyətə önəm verməyə çağırırlar. Onların sözlərinə görə, idrak və sosial sağlamlığa erkən mərhələdən etibarən edilən yatırımlar yaşlılıq dövründə beyin sağlamlığının qorunmasında əsas rol oynaya bilər.
Asya Son.az