Tərlan Novruzov vəfat etdi


Digərləri 06 Haz 2025 14:18:00 97 0

Tərlan Novruzov vəfat etdi

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə ölkə.az-a onun yaxınları məlumat verib.

Bildirilir ki, mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib.

Ədəbiyyatçı alim 1993-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışıb. Professor Tərlan Novruzov bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən "Sabir irsinin tədqiqi və təbliği", "M.Ə.Sabir ədəbi məktəbi", "Sabir və davamçıları", "Müasir şeirimizdə Sabir ənənələri" kitablarının müəllifidir.