İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi


Digərləri 06 Haz 2025 12:30:00 90 0

İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Son.az xəbər verir ki, bu barədə "Caliber" erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki,Teğ (Dig - red.) icmasının sakinləri - Karen Armenoviç Canqiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.