Xocalının Təzəbinə kəndində evlərin təmirinə 8,8 milyon manat ayrıldı
Digərləri 06 Haz 2025 15:00:00 84 0
Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri işlərini aparacaq şirkət və sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.
Bu haberi de oku: Şamaxıda zəlzələ olub
Trend-in məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini "Platin - M" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.
Kaynak: milli.az