Fəhlələr kisələrin altında qaldı Ölən və yaralananlar var ANBAAN VİDEO


Digərləri 03 Haz 2025 10:23:00 102 0

Fəhlələr kisələrin altında qaldı  Ölən və yaralananlar var  ANBAAN VİDEO

Türkiyədə taxıl anbarında çalışan işçilərin üzərinə iri kisələr aşıb. Təhlükəsizlik kamerasına düşən qəza zamanı bir neçə işçi kisələrin altında qalaraq ölüblər.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, o anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb.

Hadisə taxıl saxlama və emal müəssisəsində baş verib. Görüntülərə əsasən, işçilər heç bir təhlükədən xəbərsiz işləyərkən, üst-üstə yığılmış nəhəng kisələr bir anda tarazlığını itirərək onların üzərinə aşıb. Tonlarla ağırlıqda olan kisələrin altında qalan bəzi işçilər hadisə yerində həyatını itirib, digərləri isə ağır yaralanıb.