Silk Way Group şirkətlər qrupu Air Cargo Europe 2025 sərgisində SW AFEZCO və Alat Logistics Center brendlərini təqdim etdi
Digərləri 04 Haz 2025 12:20:00 94 0
Bu ilin Air Cargo Europe tədbirinin ən yadda qalan məqamlarından biri Silk Way Group-un Orta Dəhlizdə logistikanın gələcək inkişafında mühüm rol oynayacaq iki strateji əhəmiyyətli brend - SW AFEZCO və Alat Logistics Center-i ictimaiyyətə qürurla təqdim etməsi oldu.
Bu haberi de oku: Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq XƏBƏRDARLIQ
Hər iki brend, Avropa və Asiyanın kəsişməsində strateji mövqedə yerləşən Azərbaycanı mühüm logistika mərkəzinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü olan Silk Way Cargo Village-in əsas təməlini təşkil edir.
SW AFEZCO, Ələt Azad İqtisadi Zonası daxilində inşaat və infrastrukturun planlaşdırılmasına nəzarət edən cavabdeh qurumdur. Silk Way Group-un fiziki icra və normativ uyğunlaşmaya cavabdeh olan xüsusi qurumu olaraq, SW AFEZCO nəqliyyat dəhlizlərindən gömrük zonalarına qədər bütün ekosistemin beynəlxalq standartlara və investorların tələblərinə uyğun şəkildə qurulmasını təmin edir.
Ərazi istifadəsini tənzimləməklə, icarədarları cəlb etməklə və investisiya proseslərini asanlaşdırmaqla, SW AFEZCO regionun logistika və sənaye mərkəzi kimi uzunmüddətli inkişafı və rəqabətədavamlılığının təmin edilməsində mühüm rol oynayır.
"SW AFEZCO və Alat Logistics Center-in təqdimatı Ələti qlobal ticarətin mühüm qovşağına çevirmək iddiamız üçün irəliyə doğru atılmış önəmli bir addımdır," - deyə Silk Way Group-un prezidenti Zaur Axundov bildirib. "Biz təkcə infrastruktur inşa etmirik - biz Azərbaycanın strateji mövqeyini və iqtisadi baxışını əks etdirən, gələcəyə hazır və dayanıqlı bir logistika mərkəzi yaradırıq. Məqsədimiz isə qlobal tərəfdaşlara birinci dərəcəli logistika xidmətləri və inkişaf edən bazarlara çıxış imkanı təqdim etməkdir".
Alat Logistics Center hava, dəmir yolu və avtonəqliyyat şəbəkələrini birləşdirən multimodal daşımalar həllərini təmin etmək məqsədilə yaradılmış Silk Way Cargo Village-in əsas logistika inteqratorudur. Ələt Azad İqtisadi Zonasının ərazisində, SW AFEZCO-nun tikilməkdə olan yaşıl yük hava limanının yaxınlığında yerləşən bu mərkəz, Avrasiya boyunca yük daşımalarının fasiləsiz həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub. Müasir infrastruktur və qabaqcıl logistika xidmətləri ilə təchiz olunmuş Alat Logistics Center anbar xidməti, yüklərin konsolidasiyası, gömrük rəsmiləşdirilməsi və e-ticarət sifarişlərinin yerinə yetirilməsi kimi əməliyyatlar həyata keçiriləcək. Mərkəzin məqsədi yük axınlarında səmərəliliyi maksimuma çatdırmaq, tranzit müddətlərini azaltmaq və Orta Dəhliz üzrə ticarət marşrutlarının rəqabət qabiliyyətini artırmaqdır.
SW AFEZCO və Alat Logistics Center birlikdə infrastrukturu, əməliyyatları və dayanıqlılığı birləşdirən gələcəyə yönəlik inteqrasiya olunmuş bir logistika platformasını təmsil edir. Onların birgə təsiri Silk Way şirkətlər qrupunun Azərbaycanın qlobal logistikadakı rolunu gücləndirmək və Ələt bölgəsini ağıllı, yaşıl və investorlar üçün cəlbedici logistika mərkəzinə çevirmək missiyasını daha da gücləndirəcək.
Silk Way Group haqqında
2006-cı ildə əsası qoyulmuş Silk Way Group aviasiya və logistika sahəsində ixtisaslaşmış aparıcı Azərbaycan konqlomeratıdır. Strateji mərkəzi Bakı olan qlobal əhatəyə malik şirkətlər qrupu karqo və hava yolu ilə yükdaşımalar, infrastrukturun inkişafı və iqtisadi zona əməliyyatlarında fəaliyyətini genişləndirməyə davam edir.