Bu əməliyyat dünyaya səs saldı İnsana ilk dəfə...


Digərləri 03 Haz 2025 05:05:00 125 0

Bu əməliyyat dünyaya səs saldı  İnsana ilk dəfə...

İsraildə ilk dəfə süni ürək transplantasiyası uğurla həyata keçirilib. Qüdsdəki Hadassah Ein Kerem xəstəxanasında baş tutan tarixi əməliyyat sayəsində 63 yaşlı xəstənin həyatı xilas edilib.

Son.az xəbər verir ki, yeddi saat davam edən əməliyyat professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar komandası tərəfindən aparılıb. Prosedur zamanı xəstənin təbii ürəyi tamamilə çıxarılıb və yerinə süni ürək yerləşdirilib.

Süni ürək titandan hazırlanıb, heyvan toxuması ilə birləşdirilmiş və qabaqcıl sensorlarla təchiz olunub. Bu yüksək texnologiyalı cihaz ənənəvi transplantasiya mümkün olmadıqda xəstənin həyati funksiyalarını davam etdirməsinə şərait yaradır.

Bu əməliyyat tibbdə nadir görülənböyük nailiyyət hesab edilir.

Süni ürəyin qiyməti 1,6 milyon şekel (təxminən 455 min dollar) olub və xəstənin xərclərini Clalit Health Services Fondu qarşılayıb.

Uğurla tamamlanan əməliyyat İsraildə ürək cərrahiyyəsinin yüksək səviyyəsini göstərir və ağır ürək xəstəliyi olanlara yeni ümidlər yaradır.

Asya Son.az