Gizli araq içmək istəyi 7 il həbsə bədəl oldu


Digərləri 03 Haz 2025 06:06:00 103 0

Gizli araq içmək istəyi 7 il həbsə bədəl oldu

ABŞ-da 1920-ci ildə qüvvəyə minən "Quru Qanun" (Prohibition) spritli içkilərin istehsalını və satışını qadağan etsə də, bu, bir çox amerikalının araqdan əl çəkməsinə səbəb olmayıb.

Son.az xəbər verir ki, bu qanun əksinə, ölkənin müxtəlif bölgələrində qeyri-qanuni içki istehsalı daha da genişləndirib. 

Araq istehsalçıları izlərini itirmək üçün qeyri-adi üsullara əl atırdılar. Onlardan biri ayaqqabılarının altına inək dırnaqları taxmaq idi. Bu yolla meşələrdə araq istehsal edən şəxslər öz izlərini heyvan izlərinə bənzədərək hüquq-mühafizə orqanlarını çaşdırırdılar.

Maraqlı hadisələrdən biri 1922-ci ildə baş verib. Bir fermer meşədə itmiş inəyini axtararkən təsadüfən gizli araq istehsalçısı Tomasın izinə düşür. Meşənin dərinliyində qurulmuş primitiv distillə qurğusu və böyük miqdarda spirtli içki ilə rastlaşan fermer dərhal məlumat verir.