Ağcaqanadlar ən çox bu qan qrupundan olan insanları "yeyir"
Digərləri 05 Haz 2025 06:06:00 102 0
Yaponiyada aparılan araşdırma ağcaqanadların ən çox hansı insanlara hücum etdiyini üzə çıxarıb.
Bu haberi de oku: Şəkidə arvadını öldürən tutuldu
Son.az xarici mətbuata istinadla xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə ağcaqanadlar ən çox 0 qan qrupuna sahib insanları dişləyir. Bu qrupdakılar A qan qrupuna malik olanlara nisbətən iki dəfə artıq risk altındadır. B qan qrupu isə orta risk səviyyəsindədir.
Araşdırma yalnız dişi ağcaqanadların dişlədiyini və bunun əsas səbəbinin bədəndən yayılan kimyəvi maddələr olduğunu göstərib. Florida Universitetindən entomoloq Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü siqnal karbon qazıdır. Metabolizması sürətli olanlar daha çox karbon qazı ifraz etdiyi üçün onlar ağcaqanadlar üçün daha cəlbedici olur.