Gəncədə qohumlar arasında dava Saxlanılan var YENİLƏNİB


Digərləri 03 Haz 2025 09:59:00 107 0

Gəncədə qohumlar arasında dava  Saxlanılan var  YENİLƏNİB

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb, saxlanılan var.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insident nəticəsində Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.

09:45

Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

Son.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.