Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?
Digərləri 02 Haz 2025 01:01:00 105 0
avanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir.
Bu haberi de oku: Şəhid Sahil İbrahimovla vida mərasimi keçirilib
Qripdən qorunmaq üçün ilk növbədə düzgün və balanslı qidalanma vacibdir.
Qripə yoluxduqda bədəndə 38 dərəcədən yuxarı hərarət, güclü zəiflik, əzələ ağrıları, quru öskürək, boğazda yanma və burun axıntısı kimi əlamətlər meydana çıxır. Bütün bu hallardan uzaq durmaq üçün immun sistemini gücləndirən qidalara üstünlük verilməlidir.
C vitamini - Güclü antioksidant
C vitamini ən təsirli antioksidantlardan biridir. Əgər bu vitamin süni şəkildə deyil, təbii qidalardan alınarsa, tərkibindəki faydalı fitokimyəvi maddələr də orqanizmə daxil olur. Pomidor, təzə bibər, cəfəri, naringi, portağal, qreypfrut, nar, itburnu və kivi kimi meyvə və tərəvəzlər gündəlik menyuda yer almalıdır.
Sink - Güclü immunitetin açarı
Sink mineralları immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Onun mənbələri arasında dəniz məhsulları, ət, soğan və sarımsaq yer alır. Həmçinin balqabaq tumu, çiy fındıq, qoz, badam, hind quşu və quzu əti, qulançar və göbələk də sinklə zəngindir. Bu maddələr bədəndəki toksinlərlə mübarizə aparan hüceyrələri aktivləşdirir.