Bakının mərkəzində dəhşətli qəzadan ANBAAN GÖRÜNTÜLƏR
Digərləri 03 Haz 2025 16:20:00 85 0
Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsinin düzgün saxlanılmamasıdır.
Bu haberi de oku: Beş ayda uşaqlara ən çox qoyulan adlar
Bu barədə Son.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib.
Onun sözlərinə görə, daha çox Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində, Buzovna-Mərdəkan-Qala və digər yollarda belə hallara tez-tez rast gəlinir. Xüsusən də nəqliyyat sıxlığının olduğu vaxtlarda, texniki nasaz avtomobilin yolda qaldığı hallarda arxa istiqamətdən gələn bəzi sürücülər ara məsafəsini düzgün seçmədikləri üçün nəqliyyat vasitəsini vaxtında dayandıra bilmirlər və qəza qaçılmaz olur.