Beş ayda uşaqlara ən çox qoyulan adlar


Digərləri 04 Haz 2025 10:51:00 101 0

Beş ayda uşaqlara ən çox qoyulan adlar

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Son.az xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

Rəsmi məlumata görə, 2025-ci il ərzində 633 oğlan uşağına Uğur, 421 qız uşağına isə Zəhra adı qoyulub.

Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (421), üçüncü yerdə isə Əli (408) gəlir.